Birdən artıq evliliyə xüsusi hallarda icazə verilir?


Digərləri 26 Sen 2020 21:25:00 194 0

Birdən artıq evliliyə xüsusi hallarda icazə verilir?

Birdən çox evliliyin yetim qızlara sahib olanlarla bir əlaqəsi yoxdur. Bəhs edilən ayənin üstündə yetim qızların haqlarına rəayət edilməsi əmr edilir.

Son.az muselmanlar.com-a istinadən bildirir ki, sonra isə bu yetimlərə sahib olan ana dul qadınlarla evlənməkdən və əgər bu yetimlərin haqlarına rəayət edilməyəcəksə, onda digər qadınlardan 2, 3, 4-ə qədər evlənilə biləcəyindən bəhs edilməkdədir. Birdəki, cox evliliyə dair bundan əlavə bir çox ayələr də misal verilə bilər. Məsələn, Nisə 23-cü ayədə: "...İki bacını birlikdə almaq sizə haram edildi..."

Əslində birdən çox evlilik icazəsi eyni zamanda, əxlaqsızlığın, əsilsizliyin və qadın ticarətinin də qarşısını alır. Bütün bunlara baxmayaraq, Allahın tövsiyə etdiyi və ədalətə uyğun olaraq qeyd etdiyi, bir tək qadınla olan evlilikdir.