Nəvahidə ağır qəza: minik avtomobili betonqarışdıran maşınla toqquşdu


Digərləri 26 Sen 2020 18:45:00 189 0

Nəvahidə ağır qəza: minik avtomobili betonqarışdıran maşınla toqquşdu

Hacıqabulda minik avtomobili betonqarışdıran maşınla toqquşub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Təmir olunan yolda "Opel" markalı avtomobil idarəetməni itirərək betonqarışdıran maşınla toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.