Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”


Dünya 26 Sen 2020 15:36:00 181 0

Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”

ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizəd Co Bayden Rusiyanı seçkilərə müdaxilədə ittiham edib və bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə bu ölkəni ağır nəticələr gözləyir.

Son.az oxu.az-a istinadən bildirir ki, C. Bayden bu barədə NBC telekanalına verdiyi müsahibədə söyləyib.

"Əgər mən qalib gəlsəm, suverenliyimizə müdaxilə edildiyi üçün bunun ağır nəticələri olacaq", - deyə C. Bayden bildirib.

Qeyd edək ki, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi 2016-ci ildən gündəmdədir.