Rusiyada bir gündə 169 öldü


Dünya 26 Sen 2020 15:15:16 179 0

Rusiyada bir gündə 169 öldü

Rusiyada koronavirusa yoluxanların sayı 1,14 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 7 523 nəfər virusa yoluxub, 169 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 143 571 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 20 225 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 940 150 nəfər virusdan sağalıb, 183 196 nəfərin müalicəsi isə davam edir.