Fransa və ABŞın iki gəmisi Qara dənizi tərk edib


Dünya 26 Sen 2020 08:03:00 185 0

Fransa və ABŞın iki gəmisi Qara dənizi tərk edib

Fransa Hərbi Dəniz Qüvvələrinin "Dupuy de Lome" kəşfiyyat gəmisi və ABŞ Hərbi Dəniz Qüvvələrinin "USNS Yuma" sürətli nəqliyyat-desant gəmisi Qara dəniz akvatoriyasını tərk ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, Fransanın kəşfiyyat gəmisi Rusiyanın "Qafqaz 2020" strateji hərbi təlimləri fonunda 9 gün əvvəl Qara dənizə girmişdi.

ABŞ Hərbi Dəniz Qüvvələrinin "USNS Yuma" gəmisi isə sentyabrın 16-sı Rumıniyaya "Patriot" raket hücumundan müdafiə kompleksləri gətirmişdi. Ruməniyadan sonra gəmi Gürcüstanın Batum limanında da olub.