Nobel mükafatının məbləği artırılır


Digərləri 25 Sen 2020 22:28:00 193 0

Nobel mükafatının məbləği artırılır

2020-ci ildə Nobel mükafatlarının hər birinin məbləğinin 10 milyon İsveç kronuna (1 883 000 AZN) qədər artırılacağı bildirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Nobel Fondunun açıqlamasına istinadla xəbər yayılıb.

Qeyd olunur ki, 2012-ci ildən bəri fondun investisiya kapitalı 3 milyard krondan (564 900 000 AZN) 4,6 milyard krona (866 180 000 AZN) qədər artıb və bununla əlaqədar ildə beş Nobel mükafatının ödənildiyi gəlir də çoxalıb.

Nobel mükafatı 2011-ci ilə qədər 10 milyon kron olub. Fondun gəlirindəki azalma səbəbiylə mükafatın məbləği həmin ildən 8 milyon krona (1 506 400 AZN) endirilib.

2017-ci ildə mükafatlar 9 milyon krona (1 694 700 AZN) qaldırılıb.