Tunel qazıb həbsxanadan QAÇDILAR


Dünya 25 Sen 2020 21:14:00 177 0

Tunel qazıb həbsxanadan QAÇDILAR

Rusiyanın Dağıstan Respublikasında yerləşən 2 saylı cəzaçəkmə müəssisəsindən altı məhbus qaçıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumatda qeyd olunur ki, dustaqlar qazdıqları tunel vasitəsi ilə saxlanıldıqları həbsxanadan qaçıblar.

Onların axtarışına hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, respublika ərazisində müvəqqəti axtarış postları qurulub.

Qaçan dustaqlardan ikisi qətldə ittiham olunan şəxslərdir.