Türkmənistanda parlament ikipalatalı olacaq


Dünya 25 Sen 2020 20:34:00 149 0

Türkmənistanda parlament ikipalatalı olacaq

Türkmənistan Xalq Şurası Konstitusiyaya dəyişikliklər və əlavələr barədə Konstitusiya qanununu təsdiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, qanuna əsasən, Türkmənistanda ikipalatalı parlamentin yaradılması nəzərdə tutulur.

Xalq Şurasının iclası ölkə prezidentinin rəhbərliyi altında virtual rejimdə keçirilib.

Ölkədə ikipalatalı parlamentin 2021-ci il yanvarın 1-dən yaradılması planlaşdırılır. Yeni parlament Milli Şura (Milli Gengeş) adlandırılacaq və Xalq Şurası və Məclisdən ibarət olacaq.

Hazırda Türkmənistanın birpalatalı Məclisi 125 deputatdan ibarətdir.