"Torqovı"da tavanı çökmüş bina bərpa edildi


Digərləri 25 Sen 2020 20:19:00 156 0

"Torqovı"da tavanı çökmüş bina bərpa edildi

Bakının mərkəzində tavanı çökmüş bina bərpa edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Nəsimi rayon Mənzil-Kommunal İstismar Sahəsindən (MKİS) bildiriblər. Qeyd olunub ki, yaxın vaxtlarda mənzil sahibinə təhvil veriləcək:

"Nizami küçəsi, 105 ünvanında tavanı çökən binada bütün lazımı materiallar alındıqdan sonra işlər görüldü və artıq yekunlaşıb. Hazırda çökən yerə isə beton tökülüb. Beton quruyandan sonra ev təhvil veriləcək".

Qeyd edək ki, sözügedən ərazidə binanın tavanının çökməsi nəticəsində bir evə ziyan dəymişdi. Hadisə zamanı mənzildə yaşayan olmayıb.