UNECin 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar FOTO


Digərləri 25 Sen 2020 17:40:00 166 0

UNECin 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar  FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iyunun 19-da 90 illik yubileyi tamam olub.

UNEC-dən Son.az-a bildirilib ki, bu münasibətlə universitetin 90 illik zəngin fəaliyyətinin əks olunduğu, universitetin rektorları, professorları, məzunları, eləcə də yubiley münasibətilə universitetə ünvanlanan təbriklərin yer aldığı və universitet barədə 90 faktın əks olunduğu nəfis tərtibatda kitablar nəşr edilib.

Kitablar UNEC rektorunun əmri ilə təsdiqlənən "Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" Tədbirlər planı çərçivəsində "İqtisad Universiteti" nəşriyyatında çap olunub.