Azərbaycanın ilk riyaziyyatçı qadın professoru vəfat etdi
Digərləri 25 Sen 2020 17:49:00 182 0
Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və texnika üzrə sabiq prorektoru Zərifə İsgəndərzadə 85 yaşında vəfat edib.
AzTU-dan Son.az-a verilən məlumata görə, Z.İsgəndərzadə 1959-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
1995-2000-ci illərdə AzTU-nun Elm və texnika üzrə prorektoru vəzifəsində işləyib. 30 il ərzində (1980-ci ildən 2010-cu ilə kimi) AzTU-nun Yarımkeçiricilər və dielektriklər, Mikroelektronika və tətbiqi fizika və Elektronika kafedralarına rəhbərlik edib. 2010-2017-ci illərdə fəaliyyətini Elektronika kafedrasının professoru kimi davam etdirib.
Zərifə İsgəndərzadə Azərbaycanın fizika-riyaziyyat üzrə ilk qadın professorudur.
Mənbə: milli.az