Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini ötüb


Dünya 25 Sen 2020 14:41:00 146 0

Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini ötüb

Rusiyada son sutka ərzində daha 7 212 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 136 048 nəfərə çatıb.

Son sutka ərzində 108 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 20 056 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.