LosAncelesdə maşını etirazçıların üzərinə sürdü VİDEO


Dünya 25 Sen 2020 14:02:00 157 0

LosAncelesdə maşını etirazçıların üzərinə sürdü  VİDEO

Afro-amerikalı Breonna Teylorun ölümü ilə bağlı məhkəmə prosesindən sonra ABŞ-ın Los-Anceles şəhərində davam edən iğtişaşlarda yolsuzluq avtomobili nümayiş iştirakçılarından birini vurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün Hollivud bölgəsində etirazçıların daha bir nümayişi başlayıb. Etirazçılar Sanset bulvarı boyunca hərəkət edərkən, sosial mediada yayımlanan videolara görə, yoldan keçən qara yolsuzluq avtomobili etirazçıların birini vuraraq arxası üstə yıxıb. Zərərçəkmiş hadisədən dərhal sonra xəstaxanaya aparılıb. Bundan sonra sürücü bulvar boyunca daha irəli hərəkət edərək daha bir neçə nəfəri vurmağa çalışıb, lakin etirazçılar kənara qaçaraq özlərini xilas edə biliblər.

Qeyd edək ki, 13 mart 2020-ci ildə ABŞ-da öldürülən afro-amerikalı Breonna Teylorun Luisvilldəki məhkəmə prosesində heç bir polis əməkdaşının qətldə ittiham olunmaması etirazların şiddətlənməsinə səbəb olub.

Etirazçılar ilə polis arasında qarşıdurmalar yaranıb və hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazı, səs və işıq bombalarından istifadə edərək etirazları dağıtmağa çalışıb. Etirazlar zamanı iki polis əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Aksiyalar ABŞ-ın Los-Anceles, Sietl, Portlend, San-Dieqo, Nyu-York şəhərlərinə də yayılıb.