Tibb işçiləri və könüllülərə 359 min manat ödənilib


Digərləri 25 Sen 2020 11:50:00 157 0

Tibb işçiləri və könüllülərə 359 min manat ödənilib

Koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə və könüllülərə iyul ayı üzrə 359 min manat müddətli əlavə ödənilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən iyul ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 58 nəfər könüllüyə mükafat ödənilib.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 44 242 manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

58 nəfər könüllüyə isə sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, iyul ayı üzrə ümumilikdə 14 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, Agentlik tərəfindən COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə aşağıdakı aylar üzrə də iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib:

İyun ayı üzrə 42 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 89 782 manat; May ayı üzrə 43 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 105 011 manat; Aprel ayı üzrə 49 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 82 216 manat.

4 ay ərzində ümumilikdə 158 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 321 251 manat məbləğində müddətli əlavə ödənilib.

Sözügedən sərəncama uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə aşağıdakı aylar üzrə mükafat ödənilib: