Çexiyada koronavirusdan ölüm sayı rekord həddə çatıb


Dünya 25 Sen 2020 09:16:00 155 0

Çexiyada koronavirusdan ölüm sayı rekord həddə çatıb

Çex Respublikasında son sutkada koronavirusdan 19 nəfər ölüb ki, bu, ölkədəki pandemiya dövründə yoluxanlar arasında rekord sayda ölüm faktıdır.

Son.az APA-nın istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun sonu ilə müqayisədə ağır xəstə sayı beş qat (120 nəfər) artıb. Cümə axşamı saat 18.00-a qədər aktiv xəstələrin sayı 28 933 nəfər olub, bunlardan 670-i xəstəxanaya yerləşdirilib. Ümumiyyətlə, pandemiya zamanı ölkə üzrə 567 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Avropa Xəstəliklərin qarşısının alınması və Nəzarət Mərkəzi (ECDC) Çexiyanı epidemiyanın ən sürətlə inkişaf etdiyi 7 ölkə sırasına əlavə edib. Bu siyahıya Çexiyadan əlavə İspaniya, Malta, Rumıniya, Bolqarıstan, Xorvatiya və Macarıstan da daxildir.