İOS 14 ilə iPhone'lara gələn 15 yeni Xüsusiyyət FOTO


Digərləri 24 Sen 2020 23:20:00 185 0

İOS 14 ilə iPhone'lara gələn 15 yeni Xüsusiyyət  FOTO

Apple'ın iPhone smartfonlarında istifadə etdiyi mobil əməliyyat sistemi iOS 14-ün yeni versiyasını təqdim etdi. Yeni iOS yeniləməsi iOS 14 ilə iPhone'lar bir çox yeni xüsusiyyət qazandı. İOS 14-ün sizin üçün iPhone'lara gətirdiyi yenilikləri tərtib etdik. Hazırsınızsa, gəlin yeni iOS 14 yeniləməsinin yeniliklərinə nəzər salaq!

İOS 14 ilə iPhone'lara Gələn 15 Yeni Xüsusiyyət

Son.az techland.az-a istinadən bildirir ki, Apple, 1987-ci ildən bəri hər il, Dünya Gəlişdiricilər Konfransı (WWDC) adlı tədbir təşkil edir. Bu tədbirdə inkişaf etdirdiyi yeni texnologiyaları təqdim edən və güc nümayişi edən Apple, bu ilki tədbirdə iPhone modellərini daha faydalı edən iOS 14 tətbiq etdi. Yeni yeniləmə ilə iOS 14 , iPhone istifadəçilərinə bir çox üstünlüklər təqdim edir. 

Keçən ilin iyun ayında təşkil edilən WWDC 2020-də bir çox yeniliyi elan edən Apple bu il yolundan çıxmadı və əməliyyat sistemlərinə əlavə etdiyi yeniliklərlə rəsmi olaraq özünü göstərdi. Apple mobil əməliyyat sistemi iOS iOS 14-un yeni yeniləməsi ilə iPhone smartfonlarında sahib olacağı 15 faydalı yeni xüsusiyyət ...

Gələn yeniliklər!

Widgetlar App Library App Clips Siri Picture-in-Picture Maps Axtarış ekranı Safari Spatial Audio Car Keys Messages Translate Susqunluq Tətbiqləri Memoji: Üz Maskaları Təkmilləşmiş Təhlükəsizlik

İstifadəçilərin həyatını hər zamankindən daha asanlaşdırmağı hədəfləyən iOS əməliyyat sistemi uzun müddətdir dəyişməyən və istifadəçilər üçün çətinlik yaradan bəzi xüsusiyyətlərin həlli üçün yeniləndi.Gəlin bu xüsusiyyətləri daha ətraflı nəzərdən keçirək.

Widgets: Android-in ən çox sevilən xüsusiyyəti iOS'a gəldi

Apple'ın iOS əməliyyat sisteminin əzəli rəqibi olan Android, Widget xüsusiyyətinə çoxdan sahibdir . iPhone istifadəçiləri də bu təcrübəni yaşamaq və özlərinə məxsus özəlləşdiriləbilən Widget'lardan istifadə etmək istəyirdilər. Bu artıq mümkündür. İOS 14 əməliyyat sistemi ilə Widget xüsusiyyəti iOS ekosisteminə daxil edilmişdir. Hava, xəbərlər, xəritə, təqvim və daha çox Widget seçimləri ana ekranda yerləşdirilə bilər.

App Library- Tətbiqlər artıq ekranda özlərini nizama sala biləcək

Daha əvvəl iOS əməliyyat sistemində görmədiyimiz və yeni yeniləmə ilə birlikdə gələn bir başqa xüsusiyyət də App Librarydir . Dilimizdə Tətbiq Kitabxanası kimi tərcümə olunan bu xüsusiyyət, bütün tətbiqetmələrin müxtəlif kateqoriyayalara uyğun nizama salmağa imkan verir . Bu istiqamətdə istifadəçilər istədikləri tətbiqetmələrə daha asan və sürətli bir şəkildə daxil ola bilərlər.

App Clips : Artıq pul qabınızı özünüzlə daşımaya bilərsiz

Yepyeni bir xüsusiyyət olan App Clips, iPhone ilə ödəmələri hər zamankindən daha asanlaşdırır. iPhone-un NFC xüsusiyyəti ilə işləyən App Clips, Restoranlardan elektrikli skuterlərə, parkomatlardan avtomobil təmirçilərinə qədər, Apple Pay ilə ödəmə imkanı olan hər yerdə telefonuzu ödəmə nöqtəsinə toxundurmaqla ödəməni həyata keçirə bilər və bu proseduru ekrandan izləyə bilərsiz.

Ölkəmizdə hələ də Apple Pay və Google Pay kimi xidmətlərin aktiv olmadığını nəzərə alsaq bu funksiyadan yararlana bilməyəcəyimizi deyə bilərəm.

Siri: Bütün ekranı əhatə etməyən səs köməkçisi

Apple ekosisteminin səs köməkçisi olan Siri, "Zəngli saat quraşdırmaq, zənglər ,qeydlər etmək, İnternetdə axtarış" və s. Kimi sonsuz xüsusiyyətləri ilə həyatı asanlaşdırır. Ancaq Siri istifadə etmək istədikdə, bütün ekranımız Siri interfeysi ilə əhatə olunurdu. İOS 14 ilə bu problem aradan qaldırılır. Siri'yə bir əmr göndərdiyinizdə, Apple'ın səs köməkçisi artıq ekranın alt hissəsində görünür, əmri qəbul edib və icra edir. Arada əlavə heç bir Siri interfeysi görünmür.

Picture-in-Picture: "şəkildəki şəkil" (Android-dən götürülmüş başqa bir xüsusiyyət)

Bir videoya baxırsınız və ya video zəng edirsiniz. Bu zaman tətbiqdən çıxıb başqa bir tətbiqə keçmək istəyirdiniz, ancaq bunu etsəniz, ekranınızdakı görüntü dayanacaq. iOS 14 yeniləməsi ilə bu problemi həll edən Picture-in-Picture xüsusiyyəti iPhone'larda da yer aldı. Artıq Netflix, YouTube, Photos, FaceTime, Skype və bu kimi tətbiqetmələrdə bir video yayımlayarkən başqa bir tətbiqə keçmək mümkündür.

[Yenilənmə] Youtube bu xüsusiyyəti Apple'a şikayət edərək öz tətbiqi üçün deaktiv etməyi tapşırıb. Səbəb isə bu xüsusiyətdən yalnız Youtube Premium istifadəçiləri yararlana bilər.

Maps: Yeni canlı interfeys və Daha zəngin marşrutlar

Apple'ın yenilənmiş Maps tətbiqi özü ilə bir çox xüsusiyyət gətirir. Apple Maps artıq velosipedçilər üçün xüsusi marşrutlar yarada bilir. İstifadəçilər marşrut seçdikdə, Maps-də pilləkənlə qalxma ehtiyaclanın olub olmadığını bbelə öyrənə biləcəklər. Bundan əlavə, Apple Maps tətbiqetməsində turistik yerlər və ümumiyyətlə şəhər üçün bir tur bələdçisi var. Apple Maps istifadə edənlər tur bələdçilərini ciblərində gəzdirirlər.

Zəng ekranı: İndi bildirişlər qədər kiçilib

Nəhayət. İPhone istifadəçilərinin əziyyət çəkdikləri ən böyük problem artıq problem deyil. iPhone istifadəçiləri zəng gəldikdə ana ekrana qayıda bilmir, geri qayıtmaq üçün zəngdən imtina etməli olurdular. Apple , gələn zəngləri iOS 14 əməliyyat sistemində bildiriş olaraq göstərərək bu interfeysi tamamilə dəyişdirdi.