Rusiya aviaşirkətlərinin Azərbaycan istiqamətində bir neçə reysi ləğv edilib


Dünya 24 Sen 2020 19:39:00 166 0

Rusiya aviaşirkətlərinin Azərbaycan istiqamətində bir neçə reysi ləğv edilib

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi ("Rosaviasiya") aviaşirkətlərin müraciəti əsasında bir neçə beynəlxalq marşrut üzrə uçuşlara verilən icazələri geri çağırıb.

Son.az APA-ya istinadən verdiyi məlumata görə, "Pobeda", "Rusiya", "İrAero", "Azimut" və "Red Wings" aviaşirkətlərinin 116 beynəlxalq marşrut üzrə icazələr geri çağırılıb.

"Pobeda" aviaşirkətinin geri çağırılmış icazələri sırasında Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, İtaliya, Fransa, Kuba, İordaniya, Latviya, Estoniya, Niderland və Macarıstan şəhərləri yer alıb.

"Red Wings" və "Azimut" aviadaşıyıcıları üzrə digər marşrutlarla yanaşı müvafiq olaraq Yekaterinburq-Bakı və Krasnodar-Bakı marşrutları üzrə də icazələr geri çağırılıb.

"İrAero"nun isə Yekaterinburq-Bakı və Yekaterinburq-Lənkəran aviareyslərinin yerinə yetirilməsi üzrə icazələri geri çağırılıb.