Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb


Dünya 24 Sen 2020 17:17:00 140 0

Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb

Rusiya Prezidenti Vladimir Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu rusiyalı yazıçı Sergey Komkov bildirib.

O, bununla bağlı müraciəti Nobel komitəsinə sentyabrın 10-da göndərdiyini deyib.

Xatırladaq ki, sentyabrın 9-da ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi təklif olunmuşdu.