Əfqanıstanda 30a yaxın polis öldürülüb


Dünya 24 Sen 2020 07:25:00 122 0

Əfqanıstanda 30a yaxın polis öldürülüb

Əfqanıstanın cənubunda "Taliban"ın hücumu nəticəsində ən az 28 polis əməkdaşı öldürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyi polislərin həlak olmaları ilə bağlı şərh verməyib.

Hadisə Əfqanıstanın cənubunda yerləşən Uruzqan əyalətinin Gizab bölgəsində baş verib. Bildirilir ki, burada bir neçə gündür döyüşlər gedir.

Daha əvvəl Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti və "Taliban" nümayəndələri arasında danışıqlar başlanıb. Danışıqların əsas mövzuları uzunmüddətli atəşkəs və ölkədəki münaqişənin siyasi həllidir.