Türkiyədə COVID19la bağlı son statistika açıqlanıb


Dünya 23 Sen 2020 22:20:00 157 0

Türkiyədə COVID19la bağlı son statistika açıqlanıb

Türkiyədə son sutka ərzində koronavirusdan 72 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin covid19.saglik.gov.tr saytı məlumat yayıb. 

Qeyd olunub ki, son 24 saatda 112 102 şübhəli koronavirus testindən keçib, onlardan 1767-nin cavabı pozitiv çıxıb, 1027 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı isə 1561 nəfərdir.

Türkiyədə ümumilikdə 308 069 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 270 723 nəfər sağalıb, 7711 nəfər ölüb.