Bu ölkədə fövqəladə epidemioloji vəziyyət noyabrın 30na kimi uzadılıb


Dünya 23 Sen 2020 20:29:00 141 0

Bu ölkədə fövqəladə epidemioloji vəziyyət noyabrın 30na kimi uzadılıb

Bolqarıstanda fövqəladə epidemioloji vəziyyət noyabrın 30-na kimi uzadılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qərar sentyabrın 23-də hökumətin iclasında qəbul olunub. İclasın yekunlarına dair məlumatda qeyd olunub ki, ölkədə koronavirus infeksiyasının yayılması bu mühüm addımın əhəmiyyətini bir daha sübut edib. Bolqarıstan hökuməti vətəndaşları məsafə saxlamağa, sanitar normalara riayət etməyə çağırıb. Artıq ölkədə koronavirusa yoluxanların ümumi sayı 19123 nəfərə çatıb.