Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır FOTO


Digərləri 23 Sen 2020 18:28:00 205 0

Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır  FOTO

Sentyabrın 23-dən 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.

Təhsil Nazirliyindən Son.az-a bildirilib ki, müsabiqə ümumi təhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılır.

Sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı isheqebul.vet.edu.az elektron müraciət portalı vasitəsilə həyata keçirilir.

Portal vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müvafiq sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma baxımından nəzərdə tutulub. Elektron müraciət mərhələsi 1 oktyabr tarixinədək davam edəcək.

Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslərin sözügedən müvafiq vakansiyalara müraciət etmək imkanı var:

- Ümumtəhsil fənn müəllimi - Orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər;

- İxtisas müəllimi (müxtəlif ixtisaslar üzrə əsasən nəzəri modul və fənləri tədrisi) - Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər;