Dağlıq Qarabağda COVID19a yoluxanların sayı 385 nəfərə çatıb


Digərləri 23 Sen 2020 14:40:00 156 0

Dağlıq Qarabağda COVID19a yoluxanların sayı 385 nəfərə çatıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 385 nəfərə çatıb.

Son.az APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 327 nəfər sağalıb, 56 nəfərin müalicəsi davam edir. 4 nəfərin vəziyyəti ağır, 8 nəfərin vəziyyəti isə orta ağırdır. 95 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.