Futbolçuları ildırım vurdu:


Dünya 23 Sen 2020 13:07:00 153 0

Futbolçuları ildırım vurdu:

İsveçrənin Sankt-Qallen əyalətində yeniyetmə futbolçuları matç zamanı ildırım vurub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Xəsarət alan futbolçuların 15-16 yaşları var.

Qeyd olunur ki, ildırım əvvəlcə işıq dirəyini vurub, oradan elektrik kütləsi yerə keçərək futbolçuların xəsarət almasına səbəb olub.