ABŞ vitseprezidentinin təyyarəsi quşla toqquşmadan sonra hava limanına dönüb


Dünya 23 Sen 2020 08:33:00 120 0

ABŞ vitseprezidentinin təyyarəsi quşla toqquşmadan sonra hava limanına dönüb

Göyərtəsində ABŞ vitse-prezidenti Mayk Pensin olduğu təyyarə quşla toqquşub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident təyyarə havaya qalxdıqdan dərhal sonra baş verib.

Məlumata əsasən, quşla toqquşmadan sonra təyyarə "ehtiyat tədbiri kimi" Nyu-Hempşir ştatının hava limanında eniş edib.

Bildirilir ki, M.Pens Vaşinqtona başqa təyyarə ilə qayıdacaq.