Yıldız Tilbenin cəzası bəlli oldu


Digərləri 22 Sen 2020 19:29:00 209 0

Yıldız Tilbenin cəzası bəlli oldu

Müğənni Yıldız Tilbenin 2017-ci ildə Çeşmədə ona yol verməyən qadın sürücünün maşınını vurub təhqir etməsi ilə bağlı məhkəmə başa çatıb.

Son.az axşam.az-a istinadən bildirir ki, qadının şikayəti üzərinə aylardır məhkəmə işi davam edirdi.

Araşdırma zamanı ifaçı təhqir etmədiyini söyləyib. Sənətçiyə 180 gün pul cəzası verilib. Hakim daha sonra cəzanı 150 günə endirib 3 min lirəyə çevirib.

Qeyd edək ki, 3 il əvvəl Feride İ. adlı sürücü Tilbedən yol istəyincə tərəflər arasında mübahisə düşmüşdü. Müğənni qadını təhqir edib, daha sonra maçını ilə onun avtomobilini sürümüşdü.