“Qorxumdan oğlumu evə qoymurdum”


Şou-biznes 22 Sen 2020 19:19:00 161 0

“Qorxumdan oğlumu evə qoymurdum”

Əməkdar artist Mətanət İsgəndərli karantin rejimində yaşadığı çətinliklərdən danışıb.

Hazırda İstanbulda olan müğənni moderator.az-a maraqlı açıqlama verib:

"Yeddi aya yaxındır ki, heç bir toyda oxumuram, çünki karantin rejiminə görə Azərbaycanda toylar ləğv olunub. Hazırda İstanbulda həmyerlimizin restoranında həftədə bir dəfə çıxış edirəm.

Bizim də qazancımız yalnız toylardandır. Həqiqətən də acınacaqlı vəziyyətdir. Bir Allah bilir ki, karantin günlərimi necə keçirdim. Yaxşı ki, qızım Ülkər yanımda idi. Atam da mənimlə qalır.