ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Dünya 22 Sen 2020 18:00:00 136 0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada son bir həftə ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında rekord artım olduğunu açıqlayıb.
Son.az APA-ya istinadən verdiyi xəbərə görə, sentyabrın 14-dən 20-dək dünyada 1 998 897 nəfər COVID-19 infeksiyasına yoluxub, 36 764 nəfər isə vəfat edib.
ÜST-dən bildirilib ki, qeydə alınmış yoluxma hallarının sayı əvvəlki həftəyə (7-13 sentyabr) nisbətən 6% artıb, ölüm nisbəti isə 10% azalıb.
Mənbə: milli.az