Galaxy Tab S7 mobil cihazda kompüter rahatlığı


Digərləri 22 Sen 2020 17:40:00 136 0

Galaxy Tab S7  mobil cihazda kompüter rahatlığı

İş və ev üçün əlverişli bir cihaz axtarışındasızsa, yeni Galaxy Tab S7 və Galaxy Tab S7 + sizin üçün yaradılıb. Müvafiq olaraq 11" və 12.4" ekran ölçüsünə malik olan bu planşetləri rahatlıqla özünüzlə apara və ya divanda uzanaraq istifadə edə bilərsiniz.  Qeyd etmək lazımdır ki, hər iki cihazın ekranı (S7 + -də Super AMOLED və S7-də LTPS TFT) həqiqətən böyükdür və korpusun ön hissəsinin 80% -dən çoxunu tutur ki, bu da həm sənədlərlə işləməyə, həm də sevdiyiniz filmdən zövq almağa imkan yaradır. Planşetlərin korpusu anodlaşdırılmış alüminiumdan hazırlanmışdır, burada xüsusi emal prosesi sayəsində metalın xüsusiyyətləri yaxşılaşdırılaraq çox davamlı bir görünməz qoruyucu qat yaradılır. Tab S7 məhsul xətti üç rəngdə mövcuddur: qara, gümüşü və bu ilin xüsusi yeniliyi olan - bürünc rəngdə. Cihaz 4 səsgücləndiricisi, iki mikrofon, yanma/sönmə, səs səviyyəsinin tənzimləmə düymələri və yaddaş kartı üçün yuva ilə təchiz edilmişdir. Beləliklə, planşetdə quraşdırılmış 128 QB daxili yaddaşa əlavə olaraq microSD-dən istifadə edərək saxlama həcmini 1 TB-a qədər genişləndirə bilərsiniz. Hər iki planşet Qualcomm Snapdragon 865+ prosessoru üzərində işləyir və 6 GB RAM ilə təchiz edilmişdir. Adətən planşet müddətli istifadə üçün alınır, bu səbəbdən burada təqdim edilmiş içlik, hətta ən "ağır" oyunların tələblərini belə qarşılamaq üçün kifayət edərək, uzun müddət aktuallığını itirməyəcəkdir.

Qeyd etmək lazımdır ki, ekran yalnız yenilənmiş ölçülərə deyil, həm də təkmilləşdirilmiş içliyə malikdir. Belə ki, 120 Hz işləmə tezliyi, axarı çevirmə və görüntü ötürülməsini təmin edir. Rənglərin ifadə edilməsi isə ətraf mühitin işıqlandırılma dərəcəsindən asılı olmayaraq həm parlaq günəş şüaları altında, həm də zülmət qaranlıqda dəyişməz olaraq qalır. Həmçinin, burada gözlər üçün zərərli olan "mavi" rəngin avtomatik tənzimlənməsi də mövcuddur. Ekranın üzərində isə 8 MP ön kamera yerləşdirilmişdir. Əsas obyektiv burada ikili modul ilə təmsil olunaraq,  5 Mp-lik, F2.2 işıq gücünə malik ultra geniş bucaqlı matrisadan və F2.0 diafraqmalı 13MP-lik geniş bucaqlı kameradan ibarətdir. Həmçinin, sözü gedən kamera 4K keyfiyyətli video çəkilişi də dəstəkləyir.

Kamera modulunun yanında məxsusi S-Pen stilusu üçün ayırılmış maqnit zolaq yerləşdirilmişdir. Sözü gedən stilus da yenilənərək,  yazmaq, çəkmək, diaqram hazırlamaq, cihazı jestlərlə idarə etmək üçün daha çox funksiyalarla təchiz edilmişdir. Beləliklə, S Pen-in daxilində kiçik giroskop və Bluetooth quraşdırılıb ki, bunların sayəsində jestlərlə müxtəlif əmrlər yerinə yetirmək mümkündür. Buna misal olaraq,  kameranı və ya təqdimatı uzaqdan idarə etmək kimi imkanları qeyd etmək olar. Həmçinin, indi, qələmin əl ilə yazılan mətnə reaksiyası sürətlənərək 9 ms təşkil edir. Bütövlükdə, bir çox yenilənmiş xüsusiyyətləri və təkmilləşdirilmiş tətbiqi olan S Pen ekosistemi indi daha da yaxşı işləmə prosesi təqdim edir. Buna misal olaraq, planşet bir çox dildə əl ilə yazılmış mətni tanıyıraraq, mətn, səs yazısı, şəkil və s. kimi istənilən formada qeydlər aparmağa imkan yaradır. Yaradılmış qeydlər PDF və ya MS Word daxil olmaqla istənilən formatda istifadə edilə bilir. Həmçinin, qeydləri mesengerlədə paylaşa və ya elektron poçt vasitəsi ilə göndərə bilərsiniz. Əlavə olaraq, indi S Pen ilə "Copy/Past" rejimindən istifadə edərək, ekranda əks olunan məlumatın istənilən hissəsini seçib qrafik fayl və ya GIF-animasiya formatında yaddaşda saxlaya bilərsiniz. Ən əsası isə, indi planşet seçilmiş elementdə təqdim edilmiş mətni təhlil edib, istənilən dilə tərcümə etməyinizə kömək edə bilir. Həmçinin, yenilənmiş "Samsung Notes" tətbiqindən əlavə, burada  rəngləmələr kimi bir çox yeni və maraqlı proqram təqdim edilmişdir. Belə ki, indi sevdiyiniz işlə məşğul olub dincəlməklə yanaşı, həm də başqalarının əl işləri ilə tanış ola bilərsiniz.

Planşet istifadəsini daha komfortlu etmək üçün, istehsalçı məhsulla birgə xüsusi çexol-klaviatura təklif edir. Beləliklə, maqnit sayəsində planşetə möhkəm bərkidilən aksessuarın, indi düymələri arasında daha çox yeri və daha geniş touchpad-dı var. Həmçinin, 165 ° əyilmə bucağı və qatlanan konstruksiyası sayəsində, planşet və klaviatura masa üzərində rahat dayanaraq, cihazın istifadəsini asanlaşdırır. Əlavə olaraq, burada Samsung DeX istifadə edərək kompüter periferiyasını asanlıqla planşetə qoşmaq mümkündür.  Tab S7 seriyasının yeni xüsusiyyətləri sayəsində artıq bu qoşulmanı "Docking station" olmadan belə etmək imkanınız var.  Belə ki, planşet Wi-Fi bağlantısını istifadə edərək istənilən cihaza qoşula bilir. Galaxy Tab S7 + gəldikdə isə cihazın klaviaturasında bu məqsəd üçün xüsusi düymə də nəzərdə tutulub.  Samsung-dan əla xəbər, 18 Sentyabr - 25 Oktyabr tarixləri arasında Galaxy Tab S7 və ya S7 + əldə edərkən, hədiyyə olaraq xüsusi çexol- klaviatura qazanırsınız. Mükəmməl planşet və çoxfunksiyalı klaviatura sahibi olmaq şansını qaçırmayın!

Galaxy Tab S7 və Galaxy Tab S7+ planşetləri haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.