Dağlıq Qarabağda son sutkada COVID19a 12 yoluxma qeydə alınıb


Digərləri 22 Sen 2020 16:42:00 129 0

Dağlıq Qarabağda son sutkada COVID19a 12 yoluxma qeydə alınıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 379 nəfərə çatıb.

Son.az APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 12 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 325 nəfər sağalıb, 52 nəfərin müalicəsi davam edir. 3 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti isə orta ağırdır. 92 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.