Yük təyyarəsi sərt qəza enişi edib beton arakəsməyə çırpıldı FOTO


Dünya 22 Sen 2020 17:16:00 124 0

Yük təyyarəsi sərt qəza enişi edib beton arakəsməyə çırpıldı  FOTO

Somalidə yük təyyarəsi sərt qəza enişi edib.

Son.az avtosfer.az-a istinadən bildirir ki, hadisə sentyabrın 19-da paytaxt Moqadişoda baş verib.

Məlumata görə, hələlik məlum olmayan səbəblərdən layner "Aden Adde" beynəlxalq hava limanına təcili qəza enişi edən anda beton arakəsmələrə çırpılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, bu zaman hava gəmisinin kabinəsi və gövdəsi ciddi zərər görüb.