Polisin “Saxla” əmrinə tabe olmayaraq qaçan sürücünün törətdiyi dəhşətli qəzanın


Dünya 22 Sen 2020 14:46:00 131 0

Polisin “Saxla” əmrinə tabe olmayaraq qaçan sürücünün törətdiyi dəhşətli qəzanın

Sentyabrın 21-də Rusiyanın İrkutsk əyalətində polisin "Saxla" əmrinə tabe olmayaraq təqibdən qaçan sürücünün törətdiyi dəhşətli yol qəzasının görüntüləri təhlükəsizlik kamerasının obyektivinə düşüb.

Son.az avtosfer.az-a istinadən bildirir ki, hadisə P255 "Sibir" trasının Usolısk rayonu ərazisində baş verib.

Məlumata görə, təqibdən qaçan sürücü, idarə etdiyi "Toyota Cresta" markalı avtomobillə, yol kənarına çıxaraq ötmə əməliyyatını yerinə yetirən zaman, qəfildən sükan idarəetməsini itirib və  hərəkətin əks istiqamətinə çıxaraq qarşıdan gələn "Mercedes" markalı TIR-la toqquşub.

Zərbənin şiddətindən minik avtomobili iki hissəyə bölünüb.

Qəza nəticəsində 5 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü isə qəzanı yüngül sıyrıqlarla sovuşdurub.

Qeyd edək ki, dünyasını dəyişənlərin hamısı minik avtomobilində olan sürücü və sərnişinlərdir.