Vilayət Eyvazovdan yeni TƏYİNAT


Digərləri 22 Sen 2020 14:19:00 236 0

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Son.az unikal.org-a istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Elman Parlanov Səbail Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, o, bu təyinata qədər Çevik Polis alayında komandir vəzifəsində çalışıb.