Avtomobil ata və qızını vurdu


Digərləri 22 Sen 2020 14:02:01 126 0

Avtomobil ata və qızını vurdu

Balakəndə qadın sürücü idarə etdiyi "Prado" markalı avtomobillə ata və azyaşlı qızını vurub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün Balakən-Qabaqçol avtomobil yolunun rayonun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Talalar kənd sakinləri olan 1984-cü il təvəllüdlü Əsəbəli Bəxtiyar oğlu Əhmədov  azyaşlı övladı, 2011-ci il təvəllüdlü Nurayla birlikdə yolu keçmək istəyən zaman "Prado" markalı avtomobil tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Əhmədov və  qızı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zaqatala RMX-da onlara lazımi tibbi yardım göstərilib.

Ə.Əhmədov və qızının vəziyyəti nəzərə alınaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub. 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.