Rusiyada qubernator koronavirusa yoluxub


Dünya 22 Sen 2020 13:07:00 129 0

Rusiyada qubernator koronavirusa yoluxub

Rusiyada Altay diyarının qubernatoru Viktor Tomenko koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qubernatorun mətbuat xidməti bildirib.

Virus testi müsbət nəticələnmiş V.Tomenko özünütəcrid rejiminə keçib. Onun azı iki həftə müddətində karantin rejimində işini davam etdirəcəyi deyilir.

Qubernatorun növbəti 14 gün ərzində təyin olunan bütün görüşləri və tədbirlər ləğv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Saratov vilayətinin qubernatorunda koronavirus aşkar edilmişdi.