Brüssel daha bir avtomobilsiz gün yaşayıb


Dünya 21 Sen 2020 22:17:00 177 0

Brüssel daha bir avtomobilsiz gün yaşayıb

Belçikanın paytaxtı Brüsseldə bir günlüyə avtomobillər üçün bağlanan yolları və küçələri piyadalar və velosipedçilər doldurub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Belçikada hər il sentyabrın üçüncü bazar günü "Avtomobilsiz gün" tədbirləri ilə qeyd olunur. Saat 9:30-dan 19:00-dək sərnişin nəqliyyatı istisna olmaqla, avtomobillərin hərəkəti dayandırılır. Avtobuslar və hərəkət etməsi zəruri olan maşınlar üçün saatda 30 kilometr sürət limiti qoyulur.

Brüssel şəhərində gün boyu gəzintilər, oyunlar, sərgilər, idman yə sənət tədbirləri keçirilir.