Açıq şəkildə satılan çörəkbulka məmulatları ilə bağlı AQTAdan açıqlama


Digərləri 21 Sen 2020 20:45:00 150 0

Açıq şəkildə satılan çörəkbulka məmulatları ilə bağlı AQTAdan açıqlama

Satış müəssisələrində açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid olunmalı və bu məhsulların yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməlidir.

Son.az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.

Agentlikdən qeyd edilib ki, ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə əsasən qablaşdırılmamış məhsullara əl ilə toxunmaq yolverilməzdir.

Metodiki göstərişlərin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən mütəmadi olaraq ərzaq satışı müəssisələrində monitorinqlər keçirilir. Monitorinqlər çərçivəsində sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilir, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilir. Həmçinin metodiki göstərişlərin tələblərinin pozulması halları aşkarlanarsa, bununla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülür: