80 mindən çox hərbçinin iştriakı ilə “Qafqaz2020” təlimləri başladı


Dünya 21 Sen 2020 20:12:00 185 0

80 mindən çox hərbçinin iştriakı ilə “Qafqaz2020” təlimləri başladı

Rusiya Silahlı Qüvvələri "Qafqaz-2020" strateji təlimlərinə başlayıb.

Son.az ucnoqta.az-a  istinadən bildirir ki, 21-26 sentyabr tarixlərində baş tutacaq və 80 mindən çox hərbçinin qatıldığı təlimlər Rusiyanın cənubundakı hərbi poliqonda start götürüb. İştirakçılar Milli Qvardiya, Fövqəladə Hallar Nazirliyi, Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Dəniz Qüvvələri, logistik və texniki dəstək və döyüş qoşunlarının hərbçilərindən ibarətdir.

Təlimi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun idarə edəcəyi bildirilib. Qoşunların əsas əməliyyatları Cənubi Hərbi Dairədəki "Prudboy", "Aşuluq", "Kapustin Yar", eləcə də "Arzgir" və "Kopanskaya" hava poliqonlarında, həmçinin Qara və Xəzər dənizlərinin sularında keçiriləcək.

Təlimlərə 200 tank, 450-ə qədər piyada döyüş maşını və zirehli heyət daşıyıcısı, 200-ə qədər topçu və çoxsaylı raket sistemi cəlb olunub. Sulara aid 40-a yaxın döyüş gəmisi və əlavə kiçik gəmi, 3 mindən çox Xəzər Dəniz Donanmasının birləşmələri və hərbi hissələrinin hərbçiləri, habelə 10 təyyarə "Qafqaz-2020" təlimlərinə qatılacaq.