Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı


Dünya 21 Sen 2020 16:40:00 161 0

Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı

Çinin şimal-şərqindəki Çançun şəhərində Rusiyadan idxal olunmuş kalmar qablaşdırmasında koronavirus aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, qida şirkətlərindən birində keçirilən yoxlama zamanı qablaşdırmalardan birində virus tapılıb. Növbəti gün keçirilən təkrar test müsbət nəticə verib.

Həmin məhsulun Rusiyadan idxal olunduğu müəyyən edilib.

Nəticədə anbarda olan bütün məhsullar yoxlamadan keçirilib. Testlərin mənfi nəticələndiyi bildirilir.

Şəhər sakinlərinə dondurulmuş məhsullar alarkən ehtiyatlı olmaq tövsiyə edilib.