Rusiyada daha 6196 nəfər koronavirusa yoluxdu


Dünya 21 Sen 2020 15:01:00 170 0

Rusiyada daha 6196 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 6 196 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 109 595 nəfərə çatıb.

Son sutka ərzində 71 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 489 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Brazilyadan sonra dördüncü yerdə gəlir.