TacMahal ziyarətçilər üçün açılıb


Dünya 21 Sen 2020 14:28:00 155 0

TacMahal ziyarətçilər üçün açılıb

Hindistanın Aqra şəhərindəki Tac-Mahal abidəsi koronavirus pandemiyası ilə əlaqədar 6 aylıq qapanmadan sonra ziyarətçilər üçün açılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu, məqbərə tarixində ən uzunmüddətli qapanma olub.

Yeni qərara əsasən, tarixi abidəyə gün ərzində karantin qaydalarına əməl etməklə 5 min ziyarətçi gələ biləcək.

Qeyd edək ki, Tac-Mahal mart ayında bağlanmışdı. Pandemiyaya qədər mavzoleyə gündəlik 70 minədək ziyarətçi və turist gəlirdi.

Tac-Mahal sonuncu dəfə 1978-ci ildə subasma ilə əlaqədar qısa müddətə bağlanmışdı.