Deputatların könüllü komandası olacaq


Digərləri 21 Sen 2020 13:33:00 153 0

Deputatların könüllü komandası olacaq

Azərbaycanda deputatların könüllü komandası olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün qanunverici "Deputat könüllüləri" layihəsinin icrası daxildir.

Belə ki, hər bir komitə üzvünün öz könüllülərini seçərək təqdim etməsi, Parlament könüllülərinin yaradılaması və parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi, kömitə üzvlərinin seçildiyi ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərin təşkili daxildir.

Bundan əlavə, 2 fevral - Gənclər gününə həsr olunan ictimai dinləmənin keçirilməsi də işlər planına daxil edilib.