"Uşaq Allahın hədiyyəsidir, məni qınamasınlar"


Digərləri 21 Sen 2020 12:05:00 172 0

"Uşaq Allahın hədiyyəsidir, məni qınamasınlar"

10 il əvvəl Türkiyəyə gələn və məşhurlaşan aktrisa Məryəm Üzərli şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Son.az axşam.az-a istinadən bildirir ki, qızı Lara ilə Almaniyada yaşayan və orada bir kafe açan aktrisa hazırda ikinci övladının dünyaya gəlməsini gözləyir.

"Karantində 24 saat qızımla bir yerdə idim. Sadəcə, market və aptek lazım olanda küçəyə çıxırdıq. Hər şey dayandı, biz olanları anlamağa çalışırdıq", - aktrisa söyləyib.

Üzərli bildirib ki, qızı onun aktrisalıq etməsini istəmir:

"İşimə görə çox səyahət etmişəm. Lara mənə bunu irad tutub. Deyir ki, niyə aktrisa oldun? Onun fikrincə aktrisa olmaq çox səyahət etmək deməkdir. Deyir ki, bankda işləyərdin, müəllim olardın saat 5-dən sonra evə gələrdin. Bütün bu iradların ardından deyir ki, mən də aktrisa olmaq istəyirəm".