Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu


Digərləri 21 Sen 2020 11:59:00 164 0

Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu

COVİD-19 dünya, eləcə də Azərbaycan iqtisadiyyatını böyük sınaq qarşısında qoydu. Dünyanın ən güclü iqtisadiyyatına malik ölkələri belə bu gün COVİD-in zərərlərini yığıb-yığışdıra bilmirlər. İkinci dalğa ilə üz-üzə olan Avropadan fərqli olaraq Azərbaycan iqtisadiyyatının daha az zərərlə xilas olması üçün variantlar gözdən keçirilir.

Karantin rejiminin tətbiq olunması iqtisadiyyatın müxtəlif sektorlarına, eləcə də ticarət şəbəkələrinin iş rejiminə böyük təsir göstərdi, ölkəmizdə iri ticarət mərkəzlərinin fəaliyyəti tamamilə dayandırıldı. Belə vəziyyətdə bir çıxış yolu qalır.

İqtisadçı-ekspert Elmir Səfərli Son.az-a açıqlamasında pandemiyanın iqtisadiyyata zərərlərini azaltmaq üçün həmin çıxış yolundan danışıb:

"Aydındır ki, qloballaşma erasında informasiya texnologiyaları ölkələrin iqtisadiyyatına da keçid edib. İnformasiya texnologiyalarının inkişafı, yeni iqtisadi model olan kiberiqtisadiyyat ve kiberbiznesin yaradılmasını məcburi hala gətirib. Azərbaycan daxil, bütün ölkələr artıq bu istiqamətdə ciddi addımlar atır və kiberbizneslərin, kiberiqtisadiyyatın yaradılması üçün zəruri fundamental strategiyalar ortaya qoyur. Fevral ayından başlayan ağır pandemiya şərtləri fiziki olaraq bir çox bizneslərin fəaliyyətini dondurdu. Bu baxımdan informasiya texnologiyalarından istifadə edilərək yaradılan biznes həllər aktuallaşmağa başladı. Məsələn, bir çox ticarət obyektləri fiziki olaraq fəaliyyət göstərə bilmədiyi üçün onlayn tətbiqlərini yaratmağa başladı. Və insanların bu xidmətlərdən istifadə sayı artırıldı.