COVID19 mövsümi xəstəliyə çevrilə bilər


Dünya 21 Sen 2020 07:00:00 163 0

COVID19 mövsümi xəstəliyə çevrilə bilər

Koronavirus insan populyasiyasına uyğunlaşmağı bacarıb, bu səbəbdən mövsümi infeksiyaya çevrilə bilər.

Son.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un (Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, dünyada COVID-19-dan ölüm nisbəti 7,2 faizdən 3,2 faizə qədər azalıb:

"Ölüm səviyyəsinin qlobal miqyasda azalması, yalnız müalicə üsullarındakı irəliləyişi deyil, həm də virulent xüsusiyyətlərin mümkün zəifləməsini də əks etdirə bilər".