Xırdalanda 30 yaşlı qadın özünü beşinci mərtəbədən atıb öldürdü


Digərləri 20 Sen 2020 23:49:00 189 0

Xırdalanda 30 yaşlı qadın özünü beşinci mərtəbədən atıb öldürdü

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

"AAAF Park" yaşayış komleksində yaşayan 1990-cı il təvəllüdlü Fətullayeva Azadə İbadət qızı özünu yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.

Nəticədə A.Fətullayeva hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.