Hansı xəstəlik daşıyıcıları KOVİD19 peyvəndi vurmamalıdır?


Digərləri 20 Sen 2020 23:45:00 196 0

Hansı xəstəlik daşıyıcıları KOVİD19 peyvəndi vurmamalıdır?

Rusiyalı immunoloq Vladislav Jemçuqov hansı xəstəlik daşıyıcılarının yeni növ koronavirus (KOVİD-19) peyvəndi vurmamalı olduğunu açıqlayıb.

Son.az Sputnik-ə istinadən xəbər verir ki, Jemçuqov Rusiya mediasına verdiyi açıqlamada, KOVİD-19 peyvəndinin məsələn, onkoloji xəstəliklərdə immuniteti boğan dərmanlar istifadə edən xəstələr üçün qadağan olduğunu qeyd edərək, belə danışıb: "Bir tərəfdən belə bir vəziyyət var, digər tərəfdən bu peyvənd edilməməlidir. Hər halda, son qərar xəstənin müalicə olunduğu həkim tərəfindən veriləcək".

Mütəxəssis qeyd edib ki, KOVİD-19 peyvəndi iltihab və otoimmun xəstəlikləri, lupus eritematozu və hematoloji xəstəlikləri olanlara da mütləq tətbiq edilməməlidir.