Behiştə bu sənəd əsasında buraxacaqlar


Digərləri 20 Sen 2020 23:25:00 192 0

Behiştə bu sənəd əsasında buraxacaqlar

Təsəvvür edin ki, sərhəddə vətəndaşdan sənəd istəyirlər. O, mütləq xarici pasportu göstərməlidir. Əgər vətəndaş sərhəddə tibbi arayışı və ya idman sertifikatını göstərsə, kifayət etməyəcək. O zamana qədər ki, xarici pasportu göstərməyəcək, sərhəd xidməti qane olmayacaqdır.

Beləcə də insana Qoyamət günü əsil sənəd lazım olacaq. Bu, nə sənəddir?

Qiyamət günü insanların behiştə getməsinin əsil şərti - namaz olacaqdır. Əgər namaz olmazsa, heç bir əməl qəbul olunmaz.

Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü insandan ilk soruşulan şey - namazdır. Əgər namazı qəbul olarsa, başqa əməlləri də qəbul olunar. Əgər namazı rədd olarsa, başqa əməlləri də rədd olacaqdır".

O kəslər ki, namazlarını heç bir zaman tərk etmirlər və onu əda etmək üçün vaxtına və şərtlərinə diqqət edirlər, onun ruh və həqiqətini dərk edirlər, heç bir şeyi ondan üstün tutmurlar -  Allah bu insanları behiştə daxil edər. Onların əbədi məkanı behişt olar.

"O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar.

Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir". ("Məaric" 34-35).