Yaddaşı gücləndirən məhsullar məlum olub


Digərləri 20 Sen 2020 23:10:00 206 0

Yaddaşı gücləndirən məhsullar məlum olub

Mütəxəssislər yaddaşı gücləndirməyə kömək edən məhsulların adlarını açıqlayıblar.

Son.az deyerler.org-a istinadən bildirir ki, brokkoli, pomidor, balqabaq tumu, yunan qozu, kakao yaddaş üçün faydalıdır.

Belə ki, brokkolidə böyük miqdarda vitamin mövcuddur. Onların arasında yaddaşa müsbət təsir göstərən K, C və B qruplarının vitaminləri var. Bundan başqa, C vitamini beyni azad radikalların təsirindən qoruyur.

Mütəxəssislərin fikrincə, pomidor antioksidantlarla zəngindir. Bundan əlavə, onların tərkibində xeyli sayda C vitamini və beyin, ürək və digər orqan xəstəliklərinin inkişafını yavaşladan likopin maddəsi var.

Balqabaq tumu B qrupunun vitaminləri, həmçinin maqnezium və selenlə zəngindir. Bu maddələr sinir sisteminə müsbət təsir göstərir və informasiyanı daha yaxşı qavramağa kömək edir.