Enerjili içkilər uşaq və yeniyetmələrə necə təsir edir?


Digərləri 20 Sen 2020 22:15:00 238 0

Enerjili içkilər uşaq və yeniyetmələrə necə təsir edir?

Enerjili içkilərdən istifadə edənlər arasında uşaq və yeniyetmələr də çoxdur. Bu içkilərin ziyanları barədə mütəmadi olaraq açıqlamalar verilsə də, artıq bir çoxlarında içkiləri qəbul etmək vərdiş halını alıb. Enerjili içkilər uşaq və yeniyetmələrə necə təsir edir? Bu içkilər onların orqanizmində hansısa fəsadlara səbəb ola bilərmi?

Son.az e-tibb.az-a istinadən bununla bağlı pediatr, uzman həkim Ülvi Əliyevin fikirlərini təqdim edir:

Son vaxtlar təkcə idmançılar deyil gənclər arasında da enerji içkiləri çox içilməkdədir. "Yorğunluğum çıxsın", "yuxum gəlməsin", "başım ağrımasın", deyə bunları bolluca içənləri hər yerdə görmək olar.

Bu içkilər içində kofein, guarana, taurin, jenşen, L karnitin, kreatin, yohimbin, tiramin kimi stimulyasiya edici maddələrlə birgə, vitamin, karbonhidratlar,elektrolitlər də ehtiva edir. Dadları yaxşı olduğu, susuzluğu yatırmaları və əlavə enerji səbəbi ilə şirnikləndiricidirlər.